>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ABŞ “Qüds” qərarı üçün NİYƏ MƏHZ 6 DEKABRI SEÇDİ?

ABŞ “Qüds” qərarı üçün NİYƏ MƏHZ 6 DEKABRI SEÇDİ?
Donald Tramp, Qüds üçün qalmaqal bir addım atmağa hazırlaşır. Ancaq Trampın niyə məhz 6 dekabr tarixini seçməsi təsadüf deyil.


6 DEKABR ƏZİZ NİKOLAS GÜNÜ KİMİ ANILIR

6 dekabrın seçilməsi haqlı bir sual doğurur. Çünki bu tarix təsadüfən seçilən bir tarix deyil. 6 dekabr Xristianlarda "Müqəddəs Nikolas günü" kimi anılır.
Nikolas, Konstantin dövründə yaşamış və 330-cu ildə ölmüşdür. Xristian inancına görə, Nikolas hələ gənc ikən bir guşəyə çəkilib, təkbaşına yaşamaq istəmiş və bu səbəblə Yerusəlim, bugünkü adı ilə Qüds şəhərinə səfəri əsnasında özünü ibadətə adayacağı bir yer tapmışdır.
Ancaq sonradan Nikolas, təkbaşına yaşamaqdansa, bir çoxlarının qurtuluşuna vasitəçilik etməsi üçün vətəninə dönməsi lazım olduğu qənaətinə gəlmişdir.
Buna görə, indiki Antalyaya dönüb, yepiskop təyin edilmişdir. Yenə Xristian mənbələrinə görə, Nikolas, ehtiyacı olanlara və yalan yerə ittiham edilənlərə yardım edərmiş.

ADƏTƏ GÖRƏ UŞAQLARA HƏDİYYƏ VERİRLƏR

Bu səbəbdən Xristian inancında 6 dekabr, Əziz Nikolas Günü kimi qeyd edilir və bu tarixdə uşaqlara hədiyyələr verilir.
ABŞ-ın 6 dekabrda bu qərarı alması ilə əslində verilmək istənən bəzi incə mesajlar var. Sionist lobbisini məmnun etmək istəyən Tramp, öz inancına görə müqəddəs saydığı bir gündə yəhudi lobbisini xoşbəxt etmək üçün bir hədiyyə təqdim edir.
Müxalifət.az