>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Azərbaycanlı məşhurlar Əbülfəz Elçibəyi necə xatırlayır? - SORĞU

Azərbaycanlı məşhurlar Əbülfəz Elçibəyi necə xatırlayır? - SORĞU
Xəbər verdiyimiz kimi bu gün azərbaycanlı dövlət, siyasi və ictimai xadim, dissident, Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından 17 il ötür.

A24.az olaraq, Azərbaycanın ikinci prezidenti, SSRİ dövründən müstəqilliyə can atan Elçibəy haqqında sorğu keçirdik.

Görəsən, Azərbaycanın tanınmış sənət adamları mərhum prezident Əbülfəz Əliyevi (Elçibəy) necə xatırlayır? Sorğu zamanı onun haqqında maraqlı fikirlərini bölüşənlər olsa da ümumiyyətlə danışmaq istəməyənlər də oldu.
Azərbaycanlı məşhurlar Əbülfəz Elçibəyi necə xatırlayır? - SORĞU
Öncə Azərbaycanın xalq artisti Afaq Bəşirqızı ilə əlaqə saxladıq. Zəngimizə cavab verdiyinə baxmayaraq, sualdan sonra telefonu söndürdü.
Azərbaycanlı məşhurlar Əbülfəz Elçibəyi necə xatırlayır? - SORĞU
Aralarında olan dostluq münasibətindən söhbət açan Əməkdar incəsənət xadimi Baba Vəziroğlu artıq yoxdur deyə, kədərləndiyini bildirib:

“Elçibəy deyiləndə öncə dostum olaraq yadıma düşür. O, millətini, xalqını sevən, dostluğa qiymət verən bir insan idi. Hakimiyyət dövrü çox qalmaqallı idi. Çünki torpaqlarımızın taleyi həll olunurdu. Qürbətdən sonra onu bir dəfə gördüm. Çox kədərli görüşüydü. Artıq onun gözlərindən hiss edirdim ki, bu bizim son görüşümüzdür. O zamanlar “MİR” televiziyasında çalışırdım. Oradan bir bəhanə ilə çıxdım ki, gedim dostumu görüm. Ondan müsahibə almaq, nəsə yazmaq fikrim yoxuydu. Sadəcə görmək istəyirdim. Elçibəylə bağlı iki məqam yadıma düşür. Əvvəllər “Azneft” çayxanası deyilən yer varıydı. Daha sonra Azadlıq Hərəkatında da bir yerdə çıxış edirdik. Bizim öz çevrəmiz varıydı. Kamil Vəli Nərimanoğlu, Firudin Cəlilov, mərhum sənətkar Aydın Məmmədov, şairlərdən Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Göyçaylı Oqtay Məmmədov (ona “Qara Oqtay” deyirdilər. O həm də Elçibəyin mühafizə xidmətinin rəisi idi), Kamal Abdulla, Ramiz Rövşən eyni çevrənin adamlarıydıq. Çox təəssüf ki, indi onlarla görüşüb, həmin çayxanaya gedə bilmirik. Çünki nə həmin çayxana var, nə də ki o insanlar. Qalanlara Allahdan can sağlığı arzu edirəm. Danışdırdınız çox kədərləndim.”
Azərbaycanlı məşhurlar Əbülfəz Elçibəyi necə xatırlayır? - SORĞU
Həmin sualı növbəti müsahib xalq artisti Fəxrəddin Manafova ünvanladıq. Lakin sualdan sonra Bakıda olmadığını və danışa bilməyəcəyini dedi. Səbəbini soruşanda isə telefonu söndürdü.
Azərbaycanlı məşhurlar Əbülfəz Elçibəyi necə xatırlayır? - SORĞU
Bu gün daşıdığı Xalq artisti adını aldığına görə, Canəli Əkbərov ona minnətdar olduğunu bildirdi.
“Elçibəy təbiətcə çox sakit, ürəyiaçıq bir insanıydı. Xalq artisti adını onun imzasıyla almışam. Televiziyalarda çıxışlarına qulaq asanda fikir verirdim ki, xalqını sevən biriydi. Bir sözlə deyə bilərəm ki, o xalq adamıdır. Allah rəhmət eləsin!”
Azərbaycanlı məşhurlar Əbülfəz Elçibəyi necə xatırlayır? - SORĞU
Suala cavab verməyən sənət adamları sırasında xalq artisti Rasim Balayev oldu. O, səhhətində problem olduğunu və bu barədə danışa bilməyəcəyini dedi.
Azərbaycanlı məşhurlar Əbülfəz Elçibəyi necə xatırlayır? - SORĞU
Xatirəsində mərd, xalqı tərəfindən sevilən biri olduğunu deyən, xalq artisti Mənsum İbrahimov da mərhum prezidentlə bağlı öz təəssüratlarını bizimlə bölüşdü.

“Onunla şəxsi tanışlığım olmayıb. Amma ölkəsinə, xalqına bağlı bir insan kimi yadımdadır. Bir ziyalı olaraq böyük hörmətim olub. Allah rəhmət eləsin. Məkanı cənnət olsun!”
Azərbaycanlı məşhurlar Əbülfəz Elçibəyi necə xatırlayır? - SORĞU
Xalq artisti Nəzakət Teymurova onun hakimiyyəti dövründə tələbə olduğunu və mərd bir insan kimi xatırladığını bildirdi.

“Heç vaxt ünsiyyətimiz olmayıb. Onun hakimiyyəti dövründə tələbə idim. Belə xasiyyətcə saf, əzmkar, mərd biri kimi xatirəmdədir. Allah rəhmət eləsin!”
Azərbaycanlı məşhurlar Əbülfəz Elçibəyi necə xatırlayır? - SORĞU
Danışmaq istəməyən sənət adamlarından daha biri xalq artisti Mələkxanım Eyyubova oldu. O, “Qubadayam və yol gedirəm. Buna görə də danışa bilməyəcəm”- deyərək sualdan imtina etdi.

Qeyd edək ki, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy 22 avqust 2000-ci il tarixində uzun sürət xəstəlikdən sonra dünyasını dəyişib.

O, Birinci Fəxri Xiyabanda dəfn edilib.