>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İnsan öz-özüylə danışırsa...

İnsan öz-özüylə danışırsa...
Adətən biz özü-özüylə danışan insana ən azından qəribə insan kimi baxırıq.

Sağlamolun.az-ın məlumatına görə, Amerika alimləri yeni araşdırmalar zamanı bu vərdişin yüksək intellektdən xəbər verdiyini, həmçinin stress və depressiyadan yaxa qurtarmağa kömək etdiyini aşkar ediblər.

Miçiqan Universiteti (ABŞ) alimləri 2 müstəqil eksperiment keçirdikdən sonra bu qənaətə gəliblər.

Eksperimentlər zamanı alimlər iştirakçılara hər hansı stresli vəziyyəti özü-özüylə danışmaqla müzakirə etməyi təklif ediblər. Nəticədə məlum olub ki, bu üsul emosiyaları tənzimləməyə, stresdən azad olmağa kömək edir.

Psixoloqlar bu üsulu tez-tez həyəcan və streslərlə üzləşən insanlara tətbiq etməyi tövsiyə edirlər.